"Səhnədəki inqilabları Aygün Kazımova edib"

"Səhnədəki inqilabları Aygün Kazımova edib"
17:52 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Coşqun Rəhimov xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Nəsib olsa" verilişində müğənninin səhnəmizin yeganə "divası" olduğunu deyib:

"16 ildir bu işin içindəyik. Amma yanımızda peşəkar biri oturub. Bizim yekə-yekə danışmağımız olmaz. Bu diva bir vaxtlar konsert verəndə hayıl-mayıl olurduq. Bu insanın verdiyi konsertlər və onların səhnəarxası proseslərindən söz gedir. O, bunların hamısını canıyla-qanıyla edib. Bizim şou-biznesdə divamız Aygündür. Heç kim boynuna bu adı götürməsin. Bu işin peşəkarı, layiqli insanı var. O, məhz səhnə üçün yaranan insandı".

Ssenarist Müşviq Abbasov isə "Aygün Kazımovanın etdiyi inqilabları peşəkarlar bilir və unutmurlar. Bu gün də həmin inqilabın davamçıları var. Elə bilirlər ki, özləri edib. Bilmirlər ki, bu insan o cığırı açıb, siz ardıyca gəlmisiniz" deyə, əlavə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR