“Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini bərpa edib

“Cəlilabad Xalq Teatrı” beş illik fasilədən sonra fəaliyyətini bərpa edib
17:52 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda ""Cəlilabad Xalq Teatrı" uzun müddətli -5 illik fasilədən sonra öz fəaliyyətini yenidən bərpa edib.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Teatrda səhnələşdirilən mövsümün ilk premyerası, yazıçı-dramaturq, Azərbaycan dramaturgiyasının banisi və ictimai xadim M.F.Axundovun "Hacı Qara" tamaşası olub.
XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarından bəxs edən “Hacı Qara” əsərinin quruluşunu və musiqi tərtibatını Buludxan Buludov verib. Tamaşanın quruluşçu rəssamı Əli Əliyev, truppa rəhbəri Mirbalaş Salmanzadədir. Tamaşanın hazırlanmasında Lənkəran Dövlət Dram teatrı məsləhətçi qismində çıxış edib.
Tamaşada baş rolları Buludxan ve Anar Buludovlar ifa ediblər. Tamaşanın premyerasında Rayon icra Hakimiyyətinin başçısı, Lənkəran Dram Teatrının yaradıcı heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/celilabad-xalq-teatri-bes-illik-fasileden-sonra-fealiyyetini-berpa-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR