Qonşusunu döyən şəxs azadlığa buraxıldı

Qonşusunu döyən şəxs azadlığa buraxıldı
17:57 21 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ağamalızadə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində o, qonşusunu döyüb. R.Ağamalızadə CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR