ŞOK: Misir 1 dollara Rusiyaya 2 döyüş gəmisi satdı

ŞOK: Misir 1 dollara Rusiyaya 2 döyüş gəmisi satdı
17:57 21 Oktyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Polşa Misir hökümtinin Fransa istehsalı olan iki hərbi təyyarə gəmisini simvolik bir qiymətlə Moskvaya verdiyini açıqlayıb.

Milli.Az milliyet-ə istinadən xəbər verir ki, Krımın işğalından sonra Fransadan Rusiyaya satışı haqda qərara xitam verilən gəmilər, beləcə bilavasitə Moskvanın əlinə keçmiş olub. İstehsalçı iki Mistral tipli vertolyot gəmisini 1 dollar qarşılığında Rusiyaya satdığını söyləyib.

Qeyd edək ki, Rusiya ilə Fransa 2011-ci ildə 1,2 milyard avro qarşılığında Rus donanması üçün iki Mistral tipli hərbi təyyarə gəmisinin istehsalı üçün razılaşma imzalamışdı.

Fransa Krımın işğalı və Ukraynaya hücumunun ardından ABŞ və digər Qərb ölkələrinin təzyiqi nəticəsində Rusiyaya Mistral gəmilərinin satılması məsələsindən imtina etmişdi.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR