Bu xidmətə görə vergi tutulmayacaq

Bu xidmətə görə vergi tutulmayacaq
18:18 21 Oktyabr 2016
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində “daşınması” sözündən sonra “, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti” sözləri əlavə edilir:

"Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması

165.1. Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

165.1.4. beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi;"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR