Bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdi

Bu marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdi
18:28 21 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən, bundan sonra 29 saylı marşrut üzrə hərəkət edən avtobuslar mertonun Memar Əcəmi stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.

53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından Metronun Elmlər Akademisyası stansiyasınadək hərəkət edəcəklər. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş gəlişi Bakı Nəqliyyat Agentliyinin tərəfindən qadağan edilib.

BNA-da bildirilib ki, daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi “Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/173050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR