Bakıda 30 məktəb ekoloji pasportlaşdırılacaq

Bakıda 30 məktəb ekoloji pasportlaşdırılacaq
18:39 21 Oktyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində “Ekoklub”ların fəaliyyət göstərdiyi 30 pilot ümumi təhsil müəssisəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsinə start verilib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə  proqramı çərçivəsində həyata keçirilən layihənin məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafını möhkəmləndirmək, məktəblilərin ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakını təmin etməkdir.

 

Layihə üzrə pilot ümumi təhsil müəssisələrinin şagirdlərinə vətəndaşların qənaətcil davranış prinsiplərinə xidmət edən enerji ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, suyun qənaətlə istifadəsi, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur.

 

Layihə çərçivəsində pilot məktəblər “Məktəblərin yaşıl şəbəkəsi” mövzusunda keçiriləcək müsabiqədə iştirak edəcəkdir. Müsabiqənin sonunda məktəblərin ekoloji pasportlaşdırılması tərtib olunacaq.

 

Müsabiqədə fərqlənən məktəblərə “Mənim məktəbim ətraf mühitə diqqətlidir” ekoloji emblemi təqdim olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257286

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR