Ronaldinyo Tale Heydərovla birgə şəklini paylaşdı - FOTO

Ronaldinyo Tale Heydərovla birgə şəklini paylaşdı - FOTO
18:53 21 Oktyabr 2016
132 İdman
Ölkə mətbuatı
A- A+

Dünən “Qəbələ” klubunun növbəti layihəsi ilə bağlı Bakının qonağı olan braziliyalı futbolçu Ronaldinyo paytaxtımızla bağlı şəkillər paylaşmaqda davam edir.

Braziliyalı məşhur futbolçu bir neçə dəqiqə öncə ötən gün Bakıda keçirdiyi mətbuat konfransından şəkillərini “İnstagram”dakı səhifəsində paylaşıb. Fotoda Tale Heydərov, Ronaldinyo və digər şəxslər yer alıb.

Qeyd edək ki, Ronaldinyo paytaxtımıza “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov dəvəti ilə gəlib. Braziliyalı futbolçu ölkəmizə "Ronaldinyo Akademiyası"nın açılışı üçün səfər edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR