52 yaşlı məşhur aktyor Oksanaya görə modelyer SEVGİLİSİNİ ATDI - FOTO

52 yaşlı məşhur aktyor Oksanaya görə modelyer SEVGİLİSİNİ ATDI - FOTO
19:05 21 Oktyabr 2016
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

52 yaşlı məşhur aktyor Vladimir Maşkov modelyer sevgilisi Kseniya Terentyeva ilə evliliyə doğru gedən münasibəti pozaraq aktrisa Oksana Şelestə qayıdıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, artıq uzun zamandır ki, aktyor Maşkov məhəbbət üçbucağından canını qurtara bilmir. İki qadın arasında seçim edə bilməyən yaraşıqlı rus aktyoru gah Kseniya ilə vətəndaş nikahında yaşayır, gah da Oksana Şelest ilə "zaqsa" gedir. Ancaq sonda o, Terentova ilə münasibətlərini kəsərək boşandığı həyat yoldaşına qayıdıb. Vladimir Maşkovun seçiminin heç də düzgün olduğu düşünülmür.

Belə ki, uzun illər ailə sürücüsü kimi işləyən Ravil işdən ayrıldıqdan sonra Maşkovun sevgi macəraları ilə bağlı bütün sirlərini açıb. Məhz ailə büdcəsini də idarə edən aktrisa sürücünün pulunu vaxtı-vaxtı vermədiyi üçün o, işdən ayrılıb.

Onun dediyinə görə, Oksana Şelest Maşkova heç yaraşmır.

"Çox kobud olan qadın aktyorun bütün həyatını idarə edir", - deyən sürücünü bu sözləri dilə gətirməyə vadar edən səbəb isə Oksana ilə arasında olan söz-söhbət olub.

"İnanmazdım ki, uzun illər işlədiyim yerdə mənə belə haqsızlıq edilsin. Bütün bunlara Maşkovun susması isə mənə pis təsir etdi. Kseniya Oksana ilə müqayisədə çox insan adam idi. Heyf ki, ayrıldılar", - deyə sürücü bildirib.

Qeyd edək ki, Oksana ilə Maşkovun yenidən evlənib-evlənməyəcəyi isə sual altındadır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/481808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR