Hollandiyada Xocalı sərgisi (FOTO)

Hollandiyada Xocalı sərgisi (FOTO)
16:36 5 Yanvar 2015
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı soyqırımının dəhşətlərinə həsr olunmuş və Avropada ilk olaraq Brüsseldə nümayiş etdirilən “Üç nəsil bir soyqırım” adlı sərgi bu dəfə Niderland Krallığının Aalten şəhərində baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, fotosərgidə 1992-ci ildə Xocalıda, eləcə də Azərbaycanın digər işğal olunmuş ərazilərində çəkilmiş və ermənilərin törətdiyi soyqırımlar, vəhşiliklər, işgəncələri əks etdirən 125 foto nümayiş olunub.

Sərginin təşkilatçısı Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın Aalten şəhərinin təsadüfi seçilmədiyini deyir. Belə ki Aalten ikinci dünya müharibəsi zamanı alman faşistlərinin təcavüzünə daha cox məruz qalan şəhərlərdəndir. Əhalisinin bir hissəsi faşistlər tərəfindən vəhşiliklə qətlə yetirilən Aaltenin sakinləri müharibənin ağrısını hələ də ürəklərində daşıyır. Məhz bu səbəbdən aaltenlilərin Xocalı faciəsini daha dərindən anlayacağını düşünərək fotoların sərgisi üçün bu şəhər seçilib.

Sərginin açılışında çıxış edənlər 23 il əvvəl bir gecədə Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması barədə məlumat veriblər.

Sərgidə həmçinin 1905, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar, hələ çar Rusiyası zamanında rusların dəstəyi ilə qədim İrəvan xanlığının erməniləşdirilməsi barədə açıqlamalar verilib, faktlar səsləndirilib, videokadrlar nümayiş etdirilib. Sərgi çoxlu sayda tamaşaçılar tərəfindən ziyarət olunub və nümayiş olunan fotolar ziyarətçilərdə dərin təəssürat oyadıb.

Qeyd edək ki, “Üç nəsil, bir soyqırım” sərgisi daha əvvəl Brüssel və Haaqada nümayiş etdirilib. Aaltendən sonra Hollandiyanın digər şəhərlərində də sərginin təşkili planlaşdırılıb.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=317826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR