ABŞ şirkətinin xalis mənfəəti 5 dəfədən çox azalıb

ABŞ şirkətinin xalis mənfəəti 5 dəfədən çox azalıb
19:17 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Neft-qaz sektorunda dünyanın ən böyük xidmət müəssisələrindən olan ABŞ-ın "Schlumberger" şirkətinin III rüb xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə 5,6 dəfə azalaraq 176 mln. ABŞ dolları təşkil edib. 
"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkətin hər bir səhminin payına düşən xalis mənfəət 0,13 dollar olub. Keçən ilin III rübündə bu göstərici 0,78 dollara çatıb.
Şirkətin Baş direktoru Paal Kibsgardın (Paal Kibsgaard) sözlərinə görə, III rübdə şirkətin fəaliyyəti sabitləşib və onlar Şimali Amerikanın quru sahəsi, Yaxın Şərq və Rusiyadakı layihələrdə fəallığın artmasını gözləyirlər. "Schlumberger"in III rüb gəliri isə ötən ilin analoji dövrü ilə müqayisədə 17% azalaraq 7,02 mlrd. dollara düşüb. Şirkətin gəlirləri Şimali Amerikada 25% geriləyərək 1,7 mlrd. dolara, digər bölgələrdə isə 13,5% azalaraq 5,25 mlrd. dollar təşkil edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/abs-sirketinin-xalis-menfeeti-5-defeden-cox-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR