Avtobus sürücüsü ilə sərnişin arasında DAVA: sürücü xəstəxanalıq oldu

Avtobus sürücüsü ilə sərnişin arasında DAVA: sürücü xəstəxanalıq oldu
19:37 21 Oktyabr 2016
70 Dünya
Ölkə mətbuatı
A- A+

Sərnişin- sürücüsü mübahisəsi vaxtaşırı qarşılaşdığımız bir hadisəyə çevrilib. Bu dəfə belə bir olay İstanbulda qeydə alınıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, tez-tez dayanacaqdan kənarda saxlayaraq sərnişin mindirən sürücünün bu addımı digər sərnişinlərin narazılığına səbəb olub. Yaranan mübahisə zamanı sərnişinlərdən biri sürücüyə bir daha dayanacaqdan kənar yerdə saxlamayacağı barədə xəbərdarlıq edib. Sürücü müştərinin bu xəbərdarlığına da məhəl qoymayınca əlbəyaxa olublar. Digər sərnişinlərin müdaxiləsi ilə iki əsəbi şəxsi bir-birindən güclə "qoparmaq" mümkün olub.

Özünü yaxşı hiss etməyən sürücü dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinədən sonra məlum olub ki, sürücünün qol sümüyü bir neçə yerdən qırılıb.

Təhməz Təkin
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR