Kərkükdə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri öldürülüb

Kərkükdə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri öldürülüb
19:47 21 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ İraqın Kərkük şəhərində "Türkməneli TV"nin çəkiliş qrupuna hücum olub. 
“Report” NTV-yə istinadən xəbər verir ki, Kərkük valiliyi yaxınlığında İŞİD yaraqlıları və İraqın təhlükəsizlik qüvvələri arasında baş verən atışmanı lentə almağa çalışan televiziya əməkdaşları snayper atəşinə tuş gəlib. 
Nəticədə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri, türkmən jurnalist Əhməd Nəcməddin Haceroğlu öldürülüb, televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/kerkukde-turkmeneli-tv-nin-xeberler-departamentinin-rehberi-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR