Kürdəmir rayon sakini intihar edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Beyi kəndində baş verib.
Beyi kənd sakini 2000-ci il təvəllüdlü Nazəni Vaqif qızı Yunusova həyətlərindəki tövlədə özünü asaraq, intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az