Avtomobil yola çıxmış atı vurdu - Göyçayda

20:29 21 Oktyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay rayonu ərazisində yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saat 19:40 radələrində Göyçayın Qaraməryəm kəndi ərazisində minik avtomobili sahibsiz atı vurub.

 

Bakı şəhəri, NZS qəsəbə sakini, 1966-cı il təvəllüdlü Ağayev Aqşin Məcnun oğlu idarə etdiyi “Toyota RAV-4” markalı minik avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən, yolun 193-cü kilometrliyində qəflətən qarşısına çıxan atı vurub. At hadisə yerində ölüb, avtomobil əzilib, sürücü Aqşin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində Aqşin Ağayevin həyatı xilas edilib.  Hadisəyə atın  qaranlıq vaxtı avtomobil yoluna çıxması səbəb olub.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdıma aparılır.    

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR