Mühacirlərin qayığına hücum ediblər: 4 ölü

Mühacirlərin qayığına hücum ediblər: 4 ölü
21:13 21 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə silahlı şəxslər Liviya sahil mühafizəsi xidmətinin fərqlənmə nişanı olan geyimdə Aralıq dənizində 150 mühaciri daşıyan qayığa hücum ediblər.

TASS informasiya agentliyinin yaydığı məlumata görə, insident nəticəsində azı 4 mühacir həyatını itirib. Liviya sahil mühafizə xidmətinin hücumu qayıqda həyəcana səbəb olub. Qayığının zədələnməsi səbəbindən mühacirlər dənizə tökülüb. Hadisə nəticəsində, həmçinin 15-25 mühacirin də itkin düşdüyü bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatın məlumatına əsasən, ilin əvvəlindən oktyabrın 16-dək Aralıq Dənizi vasitəsi ilə Avropa ölkələrinə 319 min mühacir və qaçqın gəlib. Bununla yanaşı, 3,6 min nəfər suda boğularaq həlak olub və ya itkin düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR