Siyəzəndə 37 yaşlı qadını maşın vurub

Siyəzəndə 37 yaşlı qadını maşın vurub
21:52 21 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən. 21 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda piyadanı maşın vurub.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib.
Belə ki, Siyəzən rayonu, 1979-cu il təvəllüdlü Beşdam kənd sakini Cəfərova Bibixanım Elman qızını "53-AA-076" dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı minik maşını vurub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur.
Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR