Bakıda xidmət keyfiyyəti və konsepsiyasına görə sözün
əsil mənasında möhtəşəm sayıla biləcək AvirStore mağazasının
açılışı olub.
16 ildir ki, Azərbaycanda peşəkar İKT xidmətləri göstərən Avirtel
şirkətinin yeni layihəsi olan AvirStore mağazasında Apple
məhsullarının satışı və servisi təşkil olunacaq.
AvirtStore Apple sevərlərə məhsulu almazdan əvvəl sınaqdan keçirtmək üçün iPhone, iPad, Mac, Apple Watch məhsullarını və geniş aksessuar çeşidlərini təklif edir. Mağazada müştərilərin məhsullardan maksimum yararlanması üçün ödənişsiz məsləhətlər verən yüksək təcrübəli mütəxəssislər çalışır. Yeni mağazada müştərilər ödənişsiz WI-FI xidməti, habelə “Genius Bar”-da ödənişsiz dəstək və məsləhətlər ala biləcəklər.
Qeyd edək ki, AvirStore-un peşəkar Apple mütəxəssisləri satışdan sonrakı dəstək və servis çərçivəsində yaranan bütün növ problemləri qısa zaman ərzində zəmanətlə həll edir.
AvirStore aşağıdakı satış və dəstək xidmətləri təklif edir:
Biznes üçün Apple
Təhsil üçün Apple
VİP və eksklüzuv Apple məhsulları
Yenilənmiş Apple məhsulları
AvirStore-un açılış mərasiminin fəxri qonağı olan Amerika
Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta və Avirtelin
prezidenti İsmayıl Şabani ilə birgə Apple Premium Reseller
standartına uyğun dizayn olunmuş mağazanın açılış lentini kəsərək
məhsul və xidmətlər ilə yaxından tanış olub.
AvirStore-a gələcək işlərində uğurlar arzulayan Robert Sekuta
Avirtelin bir Amerika şirkəti olaraq Azərbaycanla ABŞ arasında
işgüzar münasibətlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını
bildirib.
Avirtel şirkəti AvirStore mağazasının açılışı çərçivəsində www.applemarket.az adlı digər bir layihəsinə də start
verib. Bu layihənin məqsədi Apple markasının azərbaycanlı
istifadəçiləri üçün sevimli markaları haqqında ən son məlumatları
Azərbaycan dilində təqdim etmək, habelə Apple biliciləri ilə fikir
mübadiləsi apararaq onları maraqlandıran suallara cavab tapmalarına
yardımçı olacaq mərkəzləşmiş bir platforma qurmaqdır.
Bunlarla yanaşı applemarket.az saytında Apple məhsullarının
alqı-satqı və ya mübadiləsini həyata keçirə bilərsiniz. Burada
köhnə Apple cihazınızı ən münasib şərtlərlə sataraq, xəyalınızdaki
yeni Apple cihazına daha tez qovuşa bilərsiniz. Bu sahədə
ixtisaslaşmlş peşəkar mütəxəssislər cihazı ən qısa zamanda
qiymətləndirərək onu lazımı müştəri kateqoriyasına
yönləndirəcəklər.
Hər gün 10:00-dan 20:00-a qədər Məmməd Araz 50C ünvanında fəaliyyət
göstərən AvirStore Apple sevərlərin yolunu gözləyir.
Daha ətraflı məlumat üçün 24/7 fəaliyyət göstərən 176 (ext 262)
qaynar xətti və [email protected] əlaqə saxlaya bilərsiniz.