Azərbaycanın ixrac etdiyi benzin

Azərbaycanın ixrac etdiyi benzin
16:36 5 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

SOCAR-ın aylıq rəsmi göstəriciləri açıqlanıb.

ANS PRESS-in SOCAR-a istinadla verdiyi məlumata görə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin dekabr ayında 99 ton avtomobil benzini, 106 min 205 ton dizel yanacağı, 20 min 618 ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edib.

Ümumilikdə, 2014-cü ilin yanvar-dekabr ayları ərzində 9 min 432 ton avtomobil benzini, 992 min 725 ton dizel yanacağı, 196 min 729 ton təyyarə yanacağı və 657 ton soba mazutu ixrac edilib.

2014-cü ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 563,85 dollar, təyyarə yanacağının - 608,02 dollar, dizel yanacağının - 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti 323,98 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR