ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb

ABŞ və Meksika sərhədində iki ton narkotik maddə olan tunel tapılıb
23:07 21 Oktyabr 2016
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ ABŞ ilə Meksikanın sərhədində narkotik maddə keçirilməsi üçün istifadə olunan yeni yeraltı tunel aşkar olunub.
"Report" xəbər verir ki, bu barədə cümə günü ABŞ hökumətinə istinadən "Notimex" nəşri yazıb.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, tuneldə göndərilməyə hazır vəziyyətdə olan iki ton narkotik vasitə olub. Narkotik maddənin növü açıqlanmır.
Yeraltı keçid Meksikanın Tixuana şəhər aeroportu yaxınlığında, yerli federal polis qərargahından cəmi bir neçə küçə aralıda yerləşib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-ve-meksika-serhedinde-iki-ton-narkotik-madde-olan-tunel-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR