Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur!

Hər gün bu tərəvəzi yeyən insanda xərçəng olmur!
23:42 21 Oktyabr 2016
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Elmi araşdırmalar göstərib ki, kələmin bütün növləri (ağ kələm, qırmızı kələm, gül kələmi, pekin kələmi, kolrabi, brokkoli) güclü xərçəngəleyhinə təsirə malikdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bütün kələm növlərində kanserogen (xərçəngin inkişafına təkan verən) maddələrini neytrallaşdıran və bununla da xərçəngin riskini azaldan "sulforafan" var. Bu maddə xüsusilə brokkoli kələmində çoxdur.

Müxtəlif ölkələrdə laboratoriya heyvanları üzərində aparılan eksperimentlər göstərib ki, kələmin bütün növləri xərçəng hüceyrələrinin inkişafını və yayılmasını xeyli ləngidir.

Həkimlər insanlara hər gün müxtəlif kələm növlərini qidalanmalarına daxil etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, kələm mümkün qədər çiy və ya buğda bişirilmiş halda (kələm salatı, buğda bişirilmiş brokkoli və ya gül kələmi və s.) qəbul edilməlidir. Bu kələmin tərkibində olan bütün xərçəngəleyhinə maddələri saxlamağa kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/481680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR