Romada müsəlmanlar ibadət yerlərinin bağlanmasına etiraz ediblər

Romada müsəlmanlar ibadət yerlərinin bağlanmasına etiraz ediblər
23:57 21 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Roma şəhərində yaşayan yüzlərlə müsəlman İtaliya hökuməti tərəfindən qanunsuz fəaliyyət göstərən ibadət yerlərinin bağlanmasına etiraz əlaməti olaraq Kolizey yaxınlığında dua ediblər.
"Report" xəbər verir ki, bu barədə cümə günü Qərb mətbuatı yazıb.
KİV-in məlumatına görə, dindarlar antik memarlıq abidəsi olan Kolizeyin yaxınlığında camaat namazı qılıblar.
Məlumatda qeyd olunur ki, İtaliyada 1,6 milyona yaxın müsəlman yaşasa da, rəsmi qeydiyyatdan keçən məscidlərin sayı nisbətdə xeyli azdır. Bu səbəbdən də dindarlar ibadət üçün evlərə və islam mədəniyyət mərkəzlərinə toplaşırlar. Lakin bəzi italiyalı siyasətçilərin iddiasına görə, bu kimi tədbirlər ölkənin müsəlman icmasında radikal əhval-ruhiyyənin artmasına gətirib çıxarır.

Xəbərin orijinal ünvanı: http://report.az/din/romada-muselmanlar-ibadet-yerlerinin-baglanmasina-etiraz-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR