Dağıstanda antiterror əməliyyatı keçirilir

Dağıstanda antiterror əməliyyatı keçirilir
01:19 22 Oktyabr 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Dağıstanın Tsumadin rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının  nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi Tsumadin rayonunun Kvanada kəndində yerli vaxtla saat 22:00-dan etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir”.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR