Demet Akalın edam cəzası istədi

Demet Akalın edam cəzası istədi
01:21 22 Oktyabr 2016
254 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa şəhərinin Alaşəhər qəsəbəsində 3,5 yaşlı Irmak adlı körpə qızın qonşuları Himmet Aktürk tərəfindən zorlanaraq öldürülməsi ölkə gündəmini zəbt edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 14 oktyabrdan etibarən itkin düşən kiçik qızın ailəsi Müge Anlının verilişinə çıxaraq kömək istəmişdilər.

Irmakın valideynləri qonşuları Himmetdən şübhələndiklərini ddikdən sonra, o da verilişə dəvət olunub. Reklam fasiləsində Himmet əməlini etiraf edib və polislər studiyaya çağırılaraq həbs edilib.

Müğənni Demet Akalın hadisə ilə bağlı sərt açıqlama verərək cinayətkarın edam edilməsini istəyib:

“Edam cəzası qayıtsın. Körpələrə təcavüz edənlərin Allah bəlasını versin”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR