Dağıstanda iki yaraqlı öldürülüb

Dağıstanda iki yaraqlı öldürülüb
01:37 22 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Dağıstanın Qızılyurd rayonunun Stalskoe kəndində minik avtomobilindən federal təhlükəsizlik əməkdaşlarına atəş açan gizli quldur dəstəsinin iki üzvü öldürülüb.
"Report" xəbər verir ki, bu barədə bölgənin güc strukturlarına istinadən "İnterfax" məlumat yayıb.
Hadisə ötən gün axşam saatlarında baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları minik maşınını saxlamağa cəhd ediblər. Sürücü asayiş keşikçilərinin tələbinə tabe olmayıb və maşından polislərə atəş açılıb. Baş verən atışma zamanı avtomobildə olan hər iki şəxs zərərsizləşdirilib.
Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/dagistanda-iki-yaraqli-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR