AzTV-nin rejissorunu maşın vurub öldürdü

AzTV-nin rejissorunu maşın vurub öldürdü
01:44 22 Oktyabr 2016
96 Digər
Ölkə mətbuatı
A- A+

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, onu maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

 

Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR