Nikolas Maduro OPEK-in növbəti görüşündə ABŞ-ın da iştirakını istəyir

Nikolas Maduro OPEK-in növbəti görüşündə ABŞ-ın da iştirakını istəyir
03:02 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Venesuela prezidenti Nikolas Maduro Birləşmiş Ştatları OPEK-in növbəti görüşünə dəvət etmək istəyir.
"Report" xəbər verir ki, bu barədə Maduronun Venesuela TV-sinə verdiyi açıqlamasına istinadən "Bloomberg" məlumat yayıb.
Prezidentin sözlərinə görə, o, OPEK ölkələri və ABŞ da daxil olmaqla ona üzv olmayan dövlətlərin, həmçinin dünyanın ən mühüm neft şirkətlərindən ibarət alyansın tərəfdarıdır.
"Digər ölkələr ilə danışıqlar zamanı "onlar ABŞ hökumətini OPEK-in növbəti görüşünə dəvət etmək təklifini irəli sürdülər və mən bununla razılaşdım. Çünki o, böyük istehsalçıdır və o, bundan təcrid ola və analitiklər, müharibə qızışdırıcıları və Rusiya əleyhinə köklənmiş sektorlar tərəfindən aldadıla bilməz", - deyə Maduro bildirib.
Bu bəyanat Maduronun Azərbaycana səfəri zamanı edilib. O, buradan İran, Qətər və Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
ABŞ-ın Energetika Nazirliyinin mətbuat xidməti ölkənin OPEK-in neft hasilatının sutkada 32,5-33 mln. barel səviyyəsində dondurulmasına dair qərarı ilə bağlı hər hansı bir qeyri-rəsmi müzakilərdə iştirak etmədiyini bəyan edib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/nikolas-maduro-opek-in-novbeti-gorusunde-abs-in-da-istirakini-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR