BMT: Suriyada kimyəvi silah tətbiq olunub

BMT: Suriyada kimyəvi silah tətbiq olunub
05:34 22 Oktyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

BMT Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında deyilir.

 

Məlumata görə, məruzə BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) 13 aylıq araşdırması əsasında hazırlanıb.

 

Sənədə əsasən, Suriya ordusu  2015-ci il, martın 16-da İdlib əyalətinin Kaminas yaşayış məntəqəsində kimyəvi silahdan istifadə edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR