Mosul ikinci Berlin ola bilər

Mosul ikinci Berlin ola bilər
07:57 22 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

İraq və Suriyada böyük güclərin maraqlarının toqquşmasının 3-cü dünya müharibəsinə gətirib çıxara biləcəyi ilə bağlı əslində iki yanaşma var. Birincisi odur ki, 3-cü dünya müharibəsi başlana bilər. İkinci fikir isə odur ki, 3-cü dünya müharibəsi artıq çoxdan başlanıb. Sadəcə bu iş müsəlmanların, müxtəlif qrupların, muzdluların əli ilə həyata keçirilir. Amma mən inanmıram ki, Mosul şəhəri uğrunda mübarizə aparan və ABŞ, Türkiyə və Rusiya tərəfindən dəstəklənən hansısa qruplar təmas xəttində bir-biri ilə döyüşsünlər. Mənə belə gəlir ki, onlar bir-biri ilə razılığa gəlib şəhəri böləcəklər. Necə ki, vaxtilə Almaniyada Berlini Qərb və Şərq hissələrinə bölmüşdülər. Əgər Mosul "İŞİD"çilərdən təmizlənsə, çox güman ki, məsələ bu şəkildə də həll olunacaq.

Bunu "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Milli.Az-a açıqlamasında İraqın Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsi uğrunda aparılan əməliyyatları şərh edərkən deyib.

Onun fikrincə, Mosulda baş verən hadisələrə aydınlıq gətirmək üçün ilk növbədə İŞİD-in yaradılması məsələsinə nəzər yetirmək lazımdır: "Məlumatlara görə, İŞİD-in elan olunması mərkəzi İraq olub və onun yaradılması Səddam Hüseyn ordusunun radikal yönlü yüksək vəzifəli zabitlərinin adı ilə bağlıdır. İŞİD-in böyük qrupları İraqdan başlayaraq daha sonra Suriyaya daraşdılar. Onların İraq ərazisində əllərində olan ən böyük yaşayış məntəqəsi isə Mosul şəhəridir. Eyni zamanda, "İslam Dövləti" deyilən bu qurumun paytaxtı kimi Suriyada Rakka şəhəri olduğu elan edilib. Əslində isə "İŞİD-in paytaxtı" deyilən bir anlayış yoxdur. Mövcud olan struktur indiki, bizim bildiyimiz dövlət anlayışından fərqlənir. Çünki orada heç dövlət də yoxdur. Orada böyük radikal qruplar var".

Ekspertin fikrincə, indi Mosulu bir neçə qüvvə ələ keçirməyə çalışır. Mosul uğrunda mübarizənın kökündə isə Mosulda və onun ətrafındakı neft yataqları durur: "Bəllidir ki, Kərkük və Mosul İraqın ən çox neft yataqlarının olduğu və hasil edildiyi ərazilərdir. Ona görə də müxtəlif qüvvələr oranı ələ keçirməyə can atır. İraqda bir neçə qrup "İŞİD"çilərin Mosuldan çıxarılmasını planlaşdırmışdı. İlk növbədə kürdlər Mosulu Ərbildən sonra özlərinə məxsus olan ən böyük şəhər sayırlar. Eyni zamanda türkmənlər bu şəhərə iddialıdırlar. Qısası, Mosul həm ərəb, həm kürd, həm də türk və digər xalqların sivilizasiyalarının ortaq məskənidir. Bu şəhərin ələ keçirilməsi həm yerli qrupların, həm də İraqın mərkəzi hakimiyyətinin arzusudur. İraqın mərkəzi hakimiyyəti ABŞ tərəfindən dəstəklənir. Kürdlər də amerikanlar tərəfindən təlimatlandırılırlar. Eyni zamanda, Mosulun vaxtilə Osmanlı İmperiyasının ən vacib məntəqələrindən biri olduğunu da unutmaq lazım deyil. Yəni Mosul Türkiyə ilə sıx tarixi bağlılığı olan şəhər olduğundan Türkiyənin də Mosulla bağlı öz planları var, ona görə də İŞİD-i bu şəhərdən çıxarmağa çalışır.

Burada Rusiyanın da mövqeyini xüsusi qeyd etmək lazımdır. Bağdadda İraq, Suriya, Rusiya, İran zabitlərindən ibarət terrora qarşı koordinasiya mərkəzi yaradılmışdı. Bildiyimiz kimi, Rusiya Suriyada antiterror əməliyyatları aparır. Ona görə də hazırda Rusiyanın əsas ehtiyatlandığı şey Mosuldan çıxarılan terrorçuların Suriyaya axın etməsidir. Belə olsa, Suriyadakı hərbi vəziyyət daha da gərginləşə və Rusiyanın rəhbərliyi ilə aparılan antiterror əməliyyatlarını ağırlaşdıra bilər. Ona görə də yaranmış vəziyyətdə gözləmə mövqeyi müşahidə edilir. Bütün qüvvələr Mosula qarşı genişmiqyaslı əməliyyata hazırdır, lakin ABŞ və Rusiya arasında olan ziddiyyətlər bu əməliyyatı bir oyuna çevirib.

Digər bir məsələ İranla bağlıdır. İran antiterror koalisiyasında böyük rol oynayıb və yenə də oynayır. Çünki əməliyyatlarda İrandan gəlmiş könüllü hərbi qruplar da iştirak edib".

E.Ələsgərov hesab edir ki, indi Mosul bir düyünə çevrilib: "Mosulu ələ keçirmiş qüvvə antiterror əməliyyatlarında və ümumən bölgədə mövqelərini əhəmiyyətli şəkildə gücləndirəcək. Ona görə də hazırda heç bir qrup birbaşa döyüşə girmir. Çünki şəhərə giriş, təbii ki, böyük insan itkiləri ilə müşayiət olunacaq. Bu səbəbdən də indi hamı gözləmə mövqeyindədir.

Digər tərəfdən, Suriyadakı terrorçular Mosuldakı İŞİD-çiləri Suriyaya çağırır. Mosulda İŞİD-çilər mühasirədə olsalar da, Suriyada bir neçə cəbhə var. Ona görə də bu qüvvələr həmin cəbhələrdə istifadə oluna bilər. Çox güman ki, terrorçuların böyük qrupları şəhərdən çıxarılacaq. Amma hansı koalisiya üzvünün Mosula birinci girəcəyi sual altındadır. Çox güman ki, bu məsələ siyasi çəkişmələrdən sonra həll olunacaq".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:

http://bakunetwork.com

Bizi Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.

İlkin İzzət

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-ə qoşulmuş azərbaycanlılardan 300 nəfəri ölüb - RƏSMİ

24 Sentyabr 2017 12:44

Bakıda məşhur restoranda ölüm

24 Sentyabr 2017 12:43

Mədət Quliyev: "İraqda 300-ə yaxın azərbaycanlı öldürülüb"

24 Sentyabr 2017 12:42

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 12:34

1 həftə əvvəl ana olan qızına təcavüz etdi

24 Sentyabr 2017 12:34

Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - BAKIDA

24 Sentyabr 2017 12:29

Azərbaycan Prezident “Neftçala” yarımstansiyasının açılışını edib

24 Sentyabr 2017 12:27

Prezident Neftçala Xəstəxanasının yenidənqurmadan sonrakı şəraiti ilə tanış olub

24 Sentyabr 2017 12:24

NATO konvoyuna hücum edildi

24 Sentyabr 2017 12:21

Prezident Neftçala Sənaye Məhəlləsinin açılışını etdi

24 Sentyabr 2017 12:19

Məşhur futbolçunun arvadı bütün sirrləri açıqladı - FOTOLAR

24 Sentyabr 2017 12:17

Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi

24 Sentyabr 2017 12:14

İrəvanda böhran: ət kəskin bahalaşır

24 Sentyabr 2017 12:13

Bu gün voleybolçu qadınların Avropa çempionatında daha 7 qrup oyunu keçiriləcək

24 Sentyabr 2017 12:12

Sabaha olan hava proqnozu

24 Sentyabr 2017 12:11

Həftənin ilk günündə Bakıda payız havası olacaq - PROQNOZ

24 Sentyabr 2017 12:09

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

24 Sentyabr 2017 12:02

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:59

"Qarabağ" və rəqibləri: hamısı qələbə qazandı - VİDEO

24 Sentyabr 2017 11:57

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:52

Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında görüş olub

24 Sentyabr 2017 11:50

Taliban silahlıları polis məntəqəsinə hücum etdi

24 Sentyabr 2017 11:43

Kabildə NATO-nun karvanı yaxınlığında partlayış baş verib

24 Sentyabr 2017 11:37

Luis Suarezin yubileyi və “Barselona”ya verdiyi xeyir

24 Sentyabr 2017 11:34

Azərbaycan və İordaniya dünyada islamafobiya meyillərinin artmasından narahatlıq ifadə edib

24 Sentyabr 2017 11:32

Yumurtanın sarısının orqanizm üçün faydaları

24 Sentyabr 2017 11:29

İstanbul derbisində 2 penalti, 5 "qırmızı" - VİDEO

24 Sentyabr 2017 11:27

Nizami Hacıyev: "Prosineçki yatıb yuxuda görə bilər ki..."

24 Sentyabr 2017 11:27

Azərbaycan və Səudiyyə Ərəbistanı xarici işlər nazirinin görüşü olub

24 Sentyabr 2017 11:22

Türkiyədən PKK-ya ağır zərbə

24 Sentyabr 2017 11:20

Aldadıb 13 min manatını əlindən aldı – BAKIDA

24 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı

24 Sentyabr 2017 11:08

İmişlidə 2 otaqlı ev yandı

24 Sentyabr 2017 11:08

Məşhur amerikalı müğənni öldü

24 Sentyabr 2017 11:04

Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı

24 Sentyabr 2017 10:58

Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

24 Sentyabr 2017 10:57

Federasiya rəhbərinin ölümünə səbəb olan döyüş - VİDEO

24 Sentyabr 2017 10:57

Ata və ögey ana 5 yaşlı qızın dişlərini sındırdı, bədənini siqaretin közü ilə...

24 Sentyabr 2017 10:56

Azərbaycan və Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub

24 Sentyabr 2017 10:52

Ermənilər Qazaxın 4 kəndini atəşə tutub

24 Sentyabr 2017 10:49

Amerikalı soul ifaçısı Çarlz Bredli vəfat edib

24 Sentyabr 2017 10:47

"Fənərbaxça"çanın qadın azarkeşlərindən möhtəşəm rəqs

24 Sentyabr 2017 10:45

Dünyanın ən böyük təyyarəsi kosmosa raketlər göndərəcək - FOTO

24 Sentyabr 2017 10:44

"Oksford"da tariximizlə bağlı aşağılayıcı iddia: "Bertelsə Nizamini “azərbaycanlaşdrmaq” tapşırıldı"”

24 Sentyabr 2017 10:43

Resatoranda yerə yıxılıb öldü

24 Sentyabr 2017 10:29

Bakıda məşhur restoranda ölüm hadisəsi baş verib

24 Sentyabr 2017 10:29

Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar

24 Sentyabr 2017 10:24

Londonda növbəti hücum

24 Sentyabr 2017 10:24

Həmsədrlər regiona səfər edəcək

24 Sentyabr 2017 10:19

Çində sürüşmə nəticəsində 3 nəfər ölüb

24 Sentyabr 2017 10:17