“eBay”ın xalis mənfəəti 23 faiz azalıb

“eBay”ın xalis mənfəəti 23 faiz azalıb
08:05 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın elektron hərracı olan "eBay" şirkətinin bu ilin üçüncü rübündə xalis mənfəəti illik nisbətdə 23 faiz azalıb və 413 milyon dollar təşkil edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu müddət ərzində şirkətin gəlirləri 2,217 milyard dollar olub ki, bu da analoji dövrlə müqayisədə 5,6 faiz artım deməkdir.

"eBay" şirkətinin satıcılarının ümumi gəliri xarici valyutada 5 faiz artıb və 20,1 milyard dollara çatıb. Bu ilin üçüncü rübündə aktiv alıcıların sayı 1 milyon nəfər artaraq ümumilikdə 165 milyon nəfərə çatıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR