İŞİD Mosulda 284 nəfəri edam edib

İŞİD Mosulda 284 nəfəri edam edib
08:32 22 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.
 
Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları  güllələyərək qətlə yetirib, meyitləri buldozerlə  ümumi məzara atıblar.
 
CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.
 
Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR