Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb

Azərbaycanda nikahdankənar uşaqların sayı azalıb
09:05 22 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2015-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2014-cü ilə nisbətən 5,7 faiz azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2014-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 25486 uşaq doğulub. Bu, həmin ildə diri doğulan bütün uşaqların 14,9 faizini təşkil edib. 2015-ci ildə isə bu tip nikahlardan 24038 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 14,5 faizini təşkil edib.

1990-cı illərdə nikahdankənar uşaqların sayı şəhərlərdə üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kəndlərdə artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/481985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR