x
Loading...

“Nokia” il iki smartfon istehsal edəcək

“Nokia” il iki smartfon istehsal edəcək
09:05 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Finlandiyanın "Nokia" şirkəti gələn ilin ikinci rübündə "Android" əməliyyat sistemi ilə çalışan iki smartfon istehsal etməyi planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Nokiapoweruser" portalı "Microsoft" korporasiyasının Asiya-Sakit Okean regionu üzrə mobil cihazlar sahəsinin direktoru Ceyms Ruterfordun bəyanatına istinadən məlumat verib.

Yeri gəlmişkən, daha öncə məlum olub ki, "Nokia" Barselona şəhərində gələn il keçiriləcək "MWC 2017" sərgisində iştirak edəcək. Bu sərgidə daha əvvəl də şirkətin bir çox yenilikləri təqdim edilib. Finlandiya şirkəti sərgidə telekommunikasiya avadanlıqlarının istehsalçısı kimi iştirak edəcək.

Bundan başqa, məlumdur ki, "Nokia" brendi ilə məhsullar yeni "HMD Global Oy" şirkəti tərəfindən istehsal olunacaq və satılacaq. Bu yaxınlarda bu şirkət əqli mülkiyyət üçün lisenziya əldə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/481826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR