Mosulda 284 nəfər edam edilib

Mosulda 284 nəfər edam edilib
09:23 22 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhəri ətrafında İŞİD terror qruplaşmasının silahlıları 284 nəfəri edam edib.

Bu barədə CNN telekanalı İraq təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən məlumat verib.

Məlumata əsasən, öldürülənlərin əksəriyyəti kişilərdir. Edam edilənlər arasında uşaqlar da olub. Silahlılar insanları güllələyərək qətlə yetirib, meyitləri buldozerlə ümumi məzara atıblar.

CNN-in xəbərinə əsasən, məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, oktyabrın 17-də Mosulun terrorçulardan azad edilməsi uğrunda əməliyyat başlayıb.

apa.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR