Türkiyənin məşhur aktyoru, komediya ustası Cem Yılmaz ötən gün Etilərdə fotokameralara düşüb.
Milli.Az "Cadde"yə istinadla bildirir ki, o, yeni avtomobili ilə diqqət çəkib. Müxbirlər ona: "Xeyirli olsun, mübarəkdir", - deyiblər. Aktyor isə jurnalistlərlə zarafat edərək: "Nəyi deyirsiz, papağımı?" - soruşub.
Qeyd edək ki, aktyorun "Lamborghini Hurracan Coupe" markalı avtomobilinin qiyməti 1 milyon 600 min lirədir.
Milli.Az