İki ailənin yaşadığı evdə faciə: yaşlı qadın yanıb öldü

İki ailənin yaşadığı evdə faciə: yaşlı qadın yanıb öldü
09:57 22 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailənin yaşadığı evdə vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.

Milli.Az FHN-ə istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyidi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR