"Real"ın futbolçusu Luka Modriçə Çin klublarının birindən təklif gəlib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu illik 20 milyon avro qazanc təklif edən kluba rədd cavabı verib.
Qeyd edək ki, 2011-ci ildən "Real"da çıxış edən 31 yaşlı yarımmüdafiəçi bu yaxınlarda Madrid klubu ilə 2020-ci ilədək müqavilə imzalayıb.
Milli.Az