Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsib

Bakıda oğlan sevdiyi qıza görə qollarını kəsib
10:23 22 Oktyabr 2016
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda 20 yaşlı oğlan intihara cəhd edib.

"Report"un məlumatına görə, Üzeyir Hacıbəyli küçəsi 21, mənzil 17-də yaşayan 1996-cı il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu hamam otağında iki qolunun damar nahiyəsini kəsib. Çoxlu qan itirən V.Abdullayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

V.Abdullayev ilkin tibbi yardımdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadəsində bildirib ki, o sevdiyi qız üçün intihara cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR