Beyləqanda faciə: Yaşlı qadın yanaraq öldü

Beyləqanda faciə: Yaşlı qadın yanaraq öldü
10:24 22 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailə yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257322

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR