Venesuela prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Venesuela prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10:27 22 Oktyabr 2016
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR