Hillari Klintona zərfdə toz göndərdilər

Hillari Klintona zərfdə toz göndərdilər
11:42 22 Oktyabr 2016
43 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-York polisi ABŞ prezidenti vəzifəsinə Demokratlar partiyasından namizəd Hillari Klintonun seçki qərargahının şöbələrindən birinə göndərilən məktubun içərisində aşkarlanan ağ rəngli tozun tərkibini araşdırır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 21-də Hillari Klintonun seçki qərargahının Bruklin şöbəsi göndərilən məktubda şübhəli maddənin aşkarlanması səbəbindən təxliyə olunub.

Polisin məlumatına əsasən, məktubu qərargahın iki əməkdaşı açıb. Tozun tərkibi və təhlükəli olub-olmadığı araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR