Amerikalı həmsədr: “Prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik”

Amerikalı həmsədr: “Prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik”
11:43 22 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

“Con Kerri tərəflərlə işləyərək münaqişənin sülh yolu ilə həlli işinə öhdəliyini nümayiş etdirib”.

Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib.

C. Uorlik xatırladıb ki, bir müddət əvvəl ABŞ dövlət katibi Con Kerri NATO toplantısı çərçivəsində tərəflərlə görüşüb və müzakirələr aparıb: “Cənab Kerri bir neçə ay əvvəl də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək məhsuldar danışıqlar aparıb. Bölgədə yaşayan hər bir xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış həlli tapılsın. ABŞ-ın bu məsələyə sadiqliyi şübhə altında olmamalıdır. Münaqişə tərəfləri məsələnin sülh yolu ilə davamlı həllinin tapılması istiqamətində öhdəliklərini nümayiş etdirməlidirlər. Mən şəxsən Azərbaycan prezidenti ilham Əliyevlə danışmışam və o bildirib ki, danışıqlar prosesinə və münaqişəsinin sülh yolu ilə həlli prinsiplərinə sadiqdir. O, gələcəkdə də görüşməyə və masa üzərində olan təkliflərə baxmağa hazırdır. Vyana və Sankt-Peterburq görüşlərində də prezidentlər öz öhdəliklərini nümayiş etdiriblər. Müzakirə predmeti olan maraqlı ideyalar var. Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR