Şəbnəm Tovuzlu: “Onun ikinci arvadı olduğumu ailəsi də bilir” - MÜSAHİBƏ

Şəbnəm Tovuzlu: “Onun ikinci arvadı olduğumu ailəsi də bilir” - MÜSAHİBƏ
11:54 22 Oktyabr 2016
2351 Digər
Ölkə mətbuatı
A- A+

 

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) Lent.az-a müsahibə verib.

 

- Son günlərdə adınız mətbuatın gündəmindən düşmür...

- Mən belə gündəmi istəmirəm. Bu cür söz-söhbətlər şou-biznesdə oxumağı bacarmayanlara lazımdı. Mənim isə bu qalmaqala ehtiyacım yoxdur. Gözəl sənətim və səsim var. Bu, mənə bəs edər. 

- Bu qədər müzakirə olunmağınızın əsl səbəbi nədir?

- Mən bu işdə jurnalistləri də günahkar bilmirəm. Şəxsi həyatımın bu qədər müzakirə olunması, əsassız məlumatların dərc olunması bir sifariş idi.

 

- Bu sifariş şou aləmində olan bir insan tərəfindən idi?

- Bütün bunlar kənardan sifariş olunmuşdu.

 

- Bəs həmin insanla necə mübarizə apardınız?

- Susdum, fikir vermədim və mediada barəmdə yazılan neqativ yazıları da açıb oxumadım. Həm də yoldaşım mənə məsləhət gördü ki, söz-söhbətlərə fikir verməyim. Onun fikri mənim üçün çox əsasdır.

 

- Sevdiyiniz şəxsdən övlad dünyaya gətirməyə hazırlaşırsınız...

- Bəli, ikinci dəfə ana olacam, bu da məni çox sevindirir. Elə övladıma görə bir çox şeylərə əhəmiyyət vermirəm.  Qızımın 13 yaşı var. On üç ildən sonra oğul övladım dünyaya gələcək. Artıq adını da düşünmüşük. Oğluma atamın adını - Ələddin - qoyacağıq.

- Bəlkə həyat yoldaşınız barədə ətraflı məlumat verəsiniz. Çünki onun da barəsində çox müzakirələr getdi...

- O, şou-biznes adamı deyil. Adının açıqlanmasını, tanınmasını istəmir. Çünki şou-biznesdən uzaq bir adamdır. Sənət dostlarımdan çoxları həyat yoldaşımı tanıyır.

 

- Onunla tanışlığınız necə olub?

- Moskvada tanış olmuşuq. Yaxşı ki tanış olmuşuq.

 

- Söylədiniz ki, həyat yoldaşınız sizə qadağalar qoyub. Nələri qadağa edib sizə?

- Bir çox şeyə qadağa qoyub. Xüsusi ilə də şəkillərimizin mediada yayılmasına. Ümumiyyətlə bizim şou-biznesdə bir çox şeyləri yaxşı qarşılamırlar. Məsələn, müğənni evini, maşınını və ya həyat yoldaşını göstərir, müzakirə edirlər. Ona görə də yaxşısı budur ki, heç nə göstərməyəsən. Mənim ailəm şou aləminə maraqlı olmamalıdır. Ailəm özümə məxsusdur.

 

 

- Hazırda həbsdə olan general Akif Çovdarov tərəfindən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə aparıldığınız və təhdid edildiyiniz deyildi. Həyat yoldaşınızın adı da bu mövzuda çox çəkildi. Bu, nə qədər doğrudur?

- Bunlar hamısı şayiələrdir. Həmin söz-söhbətlər aşıq Telli, əməkdar artist Mətanət İsgəndərli barədə də danışıldı. Nə oldu?! Boş şeylərdir. Sadəcə birinin ağzından bir söz eşidib yazırlar. Heç həyat yoldaşımın da bu məsələyə heç bir aidiyyəti yoxdur. Yoldaşım özünə görə mədəni, imkanlı adamdır.

 

- Həyat yoldaşınız birinci ailəsindən rəsmən boşanıb, sizinlə ailə qurub?

- Yox, onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram.  Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qayınatam, qayınanam, qayınlarım, baldızım da bizə gəlib-gedir. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun. Bizə toxunanlar isə gec-tez öz cəzalarını alarlar.

- Bu söz-söhbətlərə həyat yoldaşınızın münasibəti necədir?

- O, mənə deyir ki, ya bu söz-söhbətlərə dözüb sənətdə olmalısan, ya da evdə otur, sənin üçün başqa bir biznes açım. Deyir ki, sənin xətrinə dəymirəm, sənətdən çəkilmirsənsə, söz-söhbətlərə dözməlisən.

 

- Mətbuatda dərc olunan bəzi neqativ yazıların şou-biznesdə tanınmış bir şəxs tərəfindən sifariş olunduğu deyilir... Bəlkə həmin şəxsin adını açıqlayasınız?

- Qoy, o həmin adam öz həyatını yaşasın. Mənim heç bir müğənni ilə işim yoxdur. Onların mənimlə işi olub, nə edirlər ki?! Özləri də bilmədən məni reklam edirlər.  Bu qara reklam olsa da, insanların mənə olan sevgisini azalda bilmir.

 

- Şou-biznesdə bir çox müğənnilər doğuş anında çəkilmiş videolarını sosial şəbəkədə paylaşırlar. Siz də belə addım atardınızmı?

 

- Yox, qətiyyən. Yoldaşım hacı adamdır. Elə şeyləri sevmir.

 

- Demək olar ki, bir çox müğənnilər ana olduqdan sonra sənətdən uzaq düşürlər. Sizdə necə olacaq?

 

- Niyə görə? Həyat yoldaşım hər zaman mənə dəstəkdir. Mənə deyir ki, arxandayam, nə zaman müğənnilikdən getmək istəsən, onda da seçiminə hörmətlə yanaşacam.

- Həyat yoldaşınız geyimlərinizə qarışırmı?

- Mənim açıq-saçıq geyimlərimi görmüsünüz? Üç-dörd ilə yaxındır ki, bu adamla evliyəm, ona necə xoşdursa, elə də geyinirəm. Hər zaman onun mənə bir kəlmə sözü olur. Hacıyam, hacılığıma hörmət elə.

 

- Şəbnəm Tovuzlu adının son dövrlər tanınmasının əsl səbəbi nədir?

- Son dövrlər gözəl mahnılar oxudum, yəni mən qalmaqallarla yaddaşlarda qalmamışam. Efirdə mədəniyyətimlə seçilmişəm. Bütün bunlar müğənninin sevilməsi üçün əsas şərtdir.

 

- Əvvəlki illərə nəzərə alsaq, indiki dövrdə dəvət aldığınız toylarınızın sayı çoxalıb....

- Bəli, amma indi çox toydan imtina edirəm. Çünki indi mənə dayaq olan həyat yoldaşım var.

Artıq əvvəlki kimi ucqar rayonlarda olan toylara getmirəm. Əvvəllər ehtiyacım olduğuna görə rayon toylarına gedirdim. İndi yalnız Bakıda olan toylarda yarım saatlıq iştirak edirəm.

 

- Müğənnilikdən başqa biznes qurmaq fikriniz varmı?

- Bəli, artıq bu barədə xeyli vaxt idi ki, düşünürdüm. Yaxın müddətdə gözəllik salonu açacam. Bu da mənim müğənnilikdən sonra ikinci biznesim olacaq. Həmin məkanın möhtəşəm açılış mərasimini də edəcəm. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

19 Sentyabr 2017 17:42

Ukrayna birjasında Azərbaycan neftinin yekun satış hərracı keçirilib

19 Sentyabr 2017 17:42

“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb

19 Sentyabr 2017 17:42

Prokuror tanışının gözünü daşla çıxaran şəxsə cəza istəyib

19 Sentyabr 2017 17:42

ASAN Radio YENİ MÖVSÜMDƏ

19 Sentyabr 2017 17:39

Cizgi filmləri uşaqları necə məhv edir- Psixoloq RƏYİ

19 Sentyabr 2017 17:38

Alimlər məlumatların optik çiplərdə saxlanılması üsulunu təklif ediblər

19 Sentyabr 2017 17:35

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə buraxılan markalar imzalanıb və möhürlənib

19 Sentyabr 2017 17:35

İsrail ordusu Suriya ilə sərhəddə pilotsuz aparatı vurduğunu bəyan edib

19 Sentyabr 2017 17:32

Ramil Usubov Rusiya DİN-in nümayəndələri ilə görüşüb

19 Sentyabr 2017 17:32

Belçika sahilində 70 il əvvələ aid sualtı gəmi AŞKAR EDİLDİ – 23 cəsəd...

19 Sentyabr 2017 17:28

Ədliyyə naziri Samuxda vətəndaşları qəbul edəcək

19 Sentyabr 2017 17:22

Sentyabrın 20-nə manatın məzənnəsi

19 Sentyabr 2017 17:22

Referendumun təxirə salınması üçün Ankaradan SON TƏKLİF

19 Sentyabr 2017 17:18

Manatın sabaha olan MƏZƏNNƏSİ

19 Sentyabr 2017 17:18

Sumqayıtda başlayacaq, Qəbələdə bitəcək

19 Sentyabr 2017 17:17

Kosmetika zavodundakı yanğın söndürüldü

19 Sentyabr 2017 17:17

"ÜAK-la bağlı qərar fəaliyyətimizin zəifləməsinə səbəb olmayacaq" - Komitə sədri

19 Sentyabr 2017 17:14

Nazim İbrahimov: “Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının qərarı təəssüf doğurur”

19 Sentyabr 2017 17:12

Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb

19 Sentyabr 2017 17:12

Qalstuku bu üsulla bağlayın

19 Sentyabr 2017 17:12

Yaponlar Azərbaycanın bu universitetinə 131 min manat sərmayə qoydu

19 Sentyabr 2017 17:08

“Gazelli Group”da baş verən yanğın söndürülüb

19 Sentyabr 2017 17:07

"Bank VTB (Azerbaijan)" ASC plastik kart sahiblərinə yeni xidmət təklif edir

19 Sentyabr 2017 17:07

AFFA: Qərar sabah məlum olacaq

19 Sentyabr 2017 17:03

“Kəpəz” - “Səbail” görüşünün yeri dəyişdirilib

19 Sentyabr 2017 17:02

Türkiyə müharibəyə başlaya bilər

19 Sentyabr 2017 16:58

Tutulan futbolçunun atası: "Oğlumla maraqlanmamışam"

19 Sentyabr 2017 16:49

“Bu anbarda deputatların alınması üçün...” – Saakaşvilidən ŞOK İDDİA

19 Sentyabr 2017 16:48

PFL bu oyunun yerini dəyişdi

19 Sentyabr 2017 16:47

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub

19 Sentyabr 2017 16:47

"Sumqayıt" - "Qarabağ" oyununu saat neçədə başlayacaq?

19 Sentyabr 2017 16:47

Ermənilərin ölümlə təhdid etdiyi tarixçi Baş prokurorluğa üz tutdu

19 Sentyabr 2017 16:43

Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir

19 Sentyabr 2017 16:42

Bakıda məşhur kosmetika zavodu YANIR

19 Sentyabr 2017 16:42

Bakıda "Gazelli"nin zavodu yanır - VİDEO

19 Sentyabr 2017 16:38

“Nokia 9” smartfonunun yeni fotoları dərc edilib

19 Sentyabr 2017 16:35

Məmmədyarov Nalbandyanla görüşəcək - Amerikalı həmsədr

19 Sentyabr 2017 16:34

Bu da Xalq artisti - Aygünün konsert biletlərinin cəmi 7%-i...

19 Sentyabr 2017 16:33

Ukraynadakı azsaylı xalqlar ölkədə siyasi sabitliyin qorunmasının tərəfdarı olduqlarını bəyan ediblər

19 Sentyabr 2017 16:32

Son günlər barışan məşhurlar

19 Sentyabr 2017 16:32

Türkiyə çempionatı Azərbaycanda nə vaxt yayımlanacaq? - AÇIQLAMA

19 Sentyabr 2017 16:29

İraq neft hasilatını daha 1% azaltmağı təklif edib

19 Sentyabr 2017 16:27

“Turan” haqqında məlumatlar həqiqəti əks etdirmir

19 Sentyabr 2017 16:25

Bakıda bit problemi - Millət vəkili şikayətçidir

19 Sentyabr 2017 16:24

Nazarbayev Vaşinqtonu dəstəklədi: Moskvaya qarşı növbəti GEDİŞ

19 Sentyabr 2017 16:23

AFFA Çempionlar Liqasının finalının Bakıda keçiriləcəyinə dair xəbərlərə münasibət bildirib

19 Sentyabr 2017 16:22

Azərbaycanda sulu qəlyan tam qadağan oluna bilər

19 Sentyabr 2017 16:19

Azərbaycanda qəlyan qadağan olunur?

19 Sentyabr 2017 16:19

Dünyanı xilas edə biləcək BİRCƏ FOTO: "Qum dənə"sinin içində daşlanan qadın - RƏYLƏR

19 Sentyabr 2017 16:18