Uorlik Kerrinin Dağlıq Qarabağ barədə sözlərini şərh etdi

Uorlik Kerrinin Dağlıq Qarabağ barədə sözlərini şərh etdi
11:57 22 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu amerikalı həmsədr Ceyms Uorlik Bakıda mətbuat konfransında deyib.

ABŞ dövlət katibi Con Kerrinin bu yaxınlardakı bəyanatını şərh edən həmsədr qeyd edib ki, Kerri münaqişənin sülh həlli üçün tərəflərlə işləməyə sadiqdir.

C. Kerri bəyan etmişdi ki, Azərbaycan və Ermənistan liderləri münaqişənin həllinə hazır deyillər.

O bildirib: "Tərəflərin münaqişənin sülh həllinin tapılması üzrə işə sadiq qalmaları da vacibdir. Mən bilirəm ki, Azərbaycan prezidenti İlham Əliyev danışıqlar və artıq masada olan təkliflər üzərində işləməyə hazırdır, eləcə də Ermənistan rəhbəri ilə gələcək müzakirələrə hazırdır. Biz Vyana və Sankt-Peterburqda götürülən öhdəliklərə əməl etmək isrtərdik, hərçənd hələ də işin davam etdirilməli olduğu məqamlar var. Biz bütün bunları prezidentlərin növbəti görüşündə müzakirə edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR