"İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan heç bir saziş olmayacaq"

"İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan heç bir saziş olmayacaq"
12:12 22 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, status-kvo davamlı deyil: "Biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün bundan sonra da səmərəli işləməliyik.

C.Uorlik qeyd edib ki, hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementi var. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşü barədə hələ məlumat yoxdur.
Həmsədr ümid etdiyini bildirib ki, hər iki ölkənin XİN rəhbəri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklər: "Regionda sülh üçün artıq vaxt çatıb. Hər iki ölkənin uşaqları dinc yaşamalıdır və buna danışıqlar yolu ilə nail olmaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR