Rəqsanə şadlıq sarayı tikdirir

Rəqsanə şadlıq sarayı tikdirir
12:16 22 Oktyabr 2016
802 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılova Moskvada özünə biznes qurub.

Axşam.az-ın məlumatına görə, ifaçı şadlıq sarayı tikdirir, geyim mağazası və toy, ad günü mərasimlərinin təşkili ilə məşğul olan şirkət açır. 

İfaçının yeni məkanı həm restoran, həm də şadlıq evi kimi fəaliyyət göstərəcək. 700 nəfərdən ibarət olan məkanda Azərbaycan milli yeməkləri təqdim olunacaq.
 
Sənətçi bu haqda İnstaqram səhifəsində yazıb:

“Çox qısa zamanda iki böyük işə imza atıram. Artıq təmirimiz bitir, Moskvada restoranımız açılır. 700 nəfərlik böyük zal həmyerlilərimizin ixtiyarına veriləcək. Bir sözlə, Azərbaycan və Avropa mətbəxi bizdə olacaq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR