DİN Qubada ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb

DİN Qubada ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb
12:17 22 Oktyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
 Daxili İşlər Nazirliyi (DİN) Quba rayonunda ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.
"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, Quba rayonunun Vladimirovka kəndində rayon sakini Habil Muradovun idarə etdiyi “VAZ-2106” və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşub.
Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/di-n-qubada-olumle-neticelenen-hadise-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR