Heydər Əliyev Mərkəzində məşhur fotoqrafın fərdi sərgisi açılıb

Heydər Əliyev Mərkəzində məşhur fotoqrafın fərdi sərgisi açılıb
12:22 22 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində məşhur almaniyalı fotoqraf Teo Allofsun “Ram edilməmiş Afrika” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Mərkəzdən “Report”a verilən məlumata görə, tədbirdə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli çıxış edərək Mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etməsini diqqətə çatdırıb. Bildirib ki, ətraf mühiti və təbiəti təsvir edən bu sərgidə Teo Allofsun 20 il ərzində Afrikada çəkdiyi, bu qitənin flora və faunasının zənginliklərini əks etdirən 29 fotosu yer alıb. Sərgi peşəkar fotoqrafların, sənətsevərlərin xüsusi diqqətini cəlb edəcək. Burada fotoqrafiyanın incəliklərini əks etdirən maraqlı şəkillər yer alıb. Adil Kərimli sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə Heydər Əliyev Mərkəzi və müəllif adından təşəkkürünü bildirib.
Açılış mərasimində Teo Allofs çəkdiyi fotolar barədə öz təəssüratlarını bölüşüb. Heydər Əliyev Mərkəzində fotosərgisinin keçirilməsindən qürur duyduğunu bildirən almaniyalı fotoqraf deyib: “Belə bir möhtəşəm binada olmaqdan çox şadam. Çünki mən və xanımım Ceymi bura gəlməzdən öncə Heydər Əliyev Mərkəzinin çoxsaylı fotolarını internetdə araşdırıb baxmışdıq. Lakin bura gəldikdən sonra binanın həm daxilən, həm də zahirən reallıqda daha gözəl olmasının şahidi olduq”.
Sərginin təşkil olunmasında Heydər Əliyev Fondunun dəstəyini vurğulayan Teo Allofs Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. O deyib: “Bizim Leyla xanımla tanışlığımız iki il öncə Avstraliyada olub. Leyla Əliyeva təbiəti çox sevən xanımdır. Biz onunla çox yaxşı əməkdaşlıq qurduq və yaxın dostlara çevrildik”.
Almaniyalı fotoqraf bu sənətə gəlməsi, iş üslubu haqqında da fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O deyib: “Mən həftələrlə xanımımla birgə səyahətlər edirik. Biz insan əli dəyməmiş, məhz öz gözəlliyi ilə seçilən təbiət mənzərə və hadisələrinin şahidi oluruq. Məhz bu məqsədlə də mən Arktika, Antarktida, Afrika qitələrinə getmişəm. Mən açıq təbiətdə özümü evdəki kimi hiss edirəm. Qərara gəlmişəm ki, növbəti illəri daha çox - ildə ən azı 4-5 ay olmaqla Afrika qitəsində fotolar çəkək”.
Vaxtilə geologiya ixtisası üzrə magistr təhsili almış Teo Allofs fotoqrafiya sənətinin çətinliklərindən də söz açıb. Onun sözlərinə görə, paraplanla foto çəkərkən insan mühərrik, paraşüt, peşəkar aparatlar daxil olmaqla ən azı 50 kilo ağırlıq daşıyır. Külək olanda havaya qalxmaq asandır, lakin sakit havada bütün bu yüklə ən azı 100 metr irəli qaçmaq lazımdır ki, mühərrik işə düşsün. Bu cür “səfeh” fotoqraflar azdır. Vaxtilə yeni mühərriki sınaqdan keçirərkən hündürlükdən sürətlə aşağı düşərkən ayağını iki yerdən sındırdığını söyləyən Teo Allofs 12 aydan sonra bütün qüvvəsini toplayaraq ailəsinin arzusuna zidd olaraq yenidən böyük əzmlə işə başladığını diqqətə çatdırıb və bundan sonra da axtarışlarını davam etdirəcəyini bildirib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Təqdim edilən fotokolleksiya Teo Allofsun Afrikanın ram edilməmiş, vəhşi təbiətinə sevgisini göstərir. Fotoqraf Cənubi Afrika, xüsusilə də Namib səhrası və Botsvanadakı Okavanqo çayının deltasına çoxsaylı səyahətlər edərək şəkillər çəkib, bu yaxınlarda layihəsini Şərqi Afrikayadək genişləndirib və Böyük Rift Dərəsinə xüsusi diqqət ayırıb. Teo Allofs 6 il əvvəl paraplanda uçmağı öyrənib və o vaxtdan bəri bu nəqliyyat vasitəsindən istifadə edərək səmadan fotolar çəkir.
Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunacaq fotolar da məhz bu qayda ilə çəkilmiş əsərlərdir. Teo Allofs 30 ildən çoxdur ki, peşəkar fotoqrafiya ilə məşğuldur. 1995-ci ildən o, təbiət (vəhşi həyat və peyzaj) fotoları çəkir.
Teo Allofs indiyədək bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bunların sırasında o, BBC (Bi-Bi-Si) teleradio yayım şirkətinin “Vəhşi təbiət üzrə ilin fotoqrafı” mükafatı ilə 11 dəfə təltif olunub. Onun işləri “National Geographic”, “New York Times”, “Newsweek”, “Time Magazine”, “GEO”, “Der Spiegel”, “Focus”, “Smithsonian”, “BBC Wildlife Magazine”, “Terre Sauvage” və “Australia Geographic” kimi məşhur qəzet və jurnallarda, kitab və təqvimlərdə dərc edilib. O, “Outdoor Photographer”, “FOTO” (İsveç), “Australian Foto”, “PhotoLife” (Kanada) jurnallarında fotoqrafiya ilə bağlı bir çox məqalələrlə çıxış edib. Almaniyanın “Foto Magazin” jurnalı onu dünyanın ən yaxşı təbiət fotoqrafı adlandırıb.
Təbiətin Qorunması üzrə Beynəlxalq Fotoqraflar Cəmiyyətinin (ILCP-nin) təsisçisi olan Teo Allofsun bir çox işləri nəsli kəsilməkdə olan canlı növlərə və ətraf mühitin mühafizəsi problemlərinə həsr olunub.























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran Qərbi Azərbaycanda təlimlərə başladı

25 Sentyabr 2017 08:38

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33

İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25 Sentyabr 2017 05:02

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

25 Sentyabr 2017 04:39

Sərnişin avtobusu aşdı: 2 ölü, 42 yaralı

25 Sentyabr 2017 04:33

Merkel: "Yeni hökumət Milada qədər formalaşdırılacaq"

25 Sentyabr 2017 04:02

ABŞ-da həbsxanada qiyam baş verib - 1 ölü, 9 yaralı

25 Sentyabr 2017 03:54

Avtobusda 42 yaşlı kişi 15 yaşlı qıza təcavüz etdi - FOTO

25 Sentyabr 2017 03:43

Görün bədəndəki ağrılar əslində nədən xəbər verirmiş - İNANILMAZ NƏZƏRİYYƏ - FOTOLAR

25 Sentyabr 2017 02:33

Azərbaycan sənədli filmi Böyük Britaniyanın film festivalında nümayiş olunacaq

25 Sentyabr 2017 02:27

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

25 Sentyabr 2017 02:17

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

25 Sentyabr 2017 02:14

İtkin düşən 13 yaşlı məktəbli tapıldı

25 Sentyabr 2017 02:08

Şəmkirdə 22 yaşlı kişi bıçaqlanıb

25 Sentyabr 2017 01:57

İran İŞİD-in mövqelərini bombaladı

25 Sentyabr 2017 01:34

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58