Sabah paytaxtda bəzi yerlərdə yağış yağacaq

Sabah paytaxtda bəzi yerlərdə yağış yağacaq
12:37 22 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 oktyabr. REPORT.AZ/ İstirahət günü Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/sabah-paytaxtda-bezi-yerlerde-yagis-yagacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR