Sabah yağış yağacaq

Sabah yağış yağacaq
12:49 22 Oktyabr 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Oktyabrın 23-də Bakı və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

 

Abşeron yarımadasında havanın temperaturunun gecə 8-10, gündüz 11-14, Bakıda gecə  8-10, gündüz  11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   80-90 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 6-10, gündüz 10-14, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR